Türkiyədə 16 yaşlı Gürcüstan vətəndaşı boğularaq öldürülüb

Manshet Cəmiyyət Dünya

Türkiyənin Koceli bölgəsinin Darıca rayonunda 16 yaşlı Nika Papidze bacısının evində plastik qandala boğulmuş halda tapılıb.

Bu haqda Nsa.ge İhlas Haber Agentliyinə istinadən xəbər verir.

Yerli mətbuatın yaydığı xəbərə görə, hadisə avqustun 8-də Darcı rayonunun Fevzi Çamak küçəsində meydana gəlib.

Məlumata görə, oğlanın bacısı G.E Darcı polisinə qardaşının itdiyini bildirib. Dəfələrlə evin qabağında qardaşının ayaqabısını görən bacısı qapını çalıb, ancaq qapını açan olmayıb. Bundan sonra bacısı polisdən kömək istəyib. Müraciətdən sonra polis gəncin evinə gedib və 16 yaşlı yeniyetməni evində boğulmuş halda tapıb.

Hadisə yerində Ədli Tibb Təşkilatının incələməsindən sonra bacısının hadisə zamanı evdə olmadığı bilinib.

Faktla bağlı istintaqa başlanılıb.