Türkiyədə Gürcüstan vətəndaşı dənizdə boğulub

Cəmiyyət Dünya Manshet

Rizə-nin Ardeşen bölgəsində, Gürcüstan vətəndaşı dənizdə boğularaq həyatını itirib.

Nsa.ge Anadolu agentliyinə istinadən xəbər verir ki, gecə saatlarında dəniz kənarında oturan Gürcüstan vətəndaşı 26 yaşlı Laşa Malania, dənizə düşdüyünü görən dostları vəziyyəti polisə və tibb işçilərinə bildiriblər.

Hadisə yerinə gələn Rize Sahil Təhlükəsizlik Komandirliyi qrupları, gecə boyunca dənizdə Malaniayanın cəsədini axdarıblar.

Səhər saatlarında gənc oğlanın cəsədini dəniz sahilə çıxarıb.112 Təcili Xidmət qrupları Malania-nın cəsədi Kaçkar Dövlət Xəstəxanasına qaldırıblar.

Gəncin cəsədi rəsmi prosedurlardan sonra Gürcüstan səlahiyyətlilərinə təfil edilərək Gürcüstana göndəriləcək.