Türkiyədə Gürcüstan vətəndaşının cəsədi tapılıb

Cəmiyyət Dünya Manshet

61 yaşlı Gürcüstan vətəndaşı Ketevan Katamadzenin cəsədi Antaliya şəhərində yerləşən yaşayış binalarından birində tapılıb.

Nsa.ge xəbər verir ki,bu haqda Gürcüstanın Rustavi2 kanalı məlumat yayıb.

Məlumata görə, qonşuları mənzildən xoşagəlməz bir qoxu hiss etdikdən sonra polis çağırıblar.

Xilasetmə qrupları evə bir pəncərədən daxil olub və bir qadının yarım çılpaq cəsədini tapdıblar.

Yerli mətbuatın verdiyi məlumata görə, qadının iplə boğulduğu iddia edilir. Katamadze 20 ildir ki, Antalya şəhərində yaşayır və işləyirmiş.

Türkiyədəki Gürcüstanın səfirliyi artıq ölən qadının ailəsinə məlumat çatdırıb.

Faktla bağlı istintaq davam edir.

Ekspertiza bitməsindən sonra qadının cəsədi Gürcüstana göndəriləcək.