Türkiyədə iki Gürcüstan vətəndaşı yol qəzasında həyatlarını itiriblər

Cəmiyyət Manshet

Gürcüstanın iki vətəndaşı Türkiyədə baş verən yol qəzasında ölüb.

Nsa.ge xəbər verir ki, hadisə Trabzon şəhərinin 120 kilometrliyində baş verib.

Acarıstan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən bildirilib ki, qəza nəticəsində ölən şəxslər Xulo rayonunun sakinləridir. Bir ailənin üzvləri olan həmin şəxslər Türkiyəyə müalicəyə yollanıblar.

Ölən vətəndaşların ana və övladı olduğu bildirilir. Onlar yol qəzasına Gürcüstana qayıdan zaman düşüblər.

Avtomobildə olan digər şəxs isə ağır vəziyyətdə Rize şəhər xəstəxanasına çatdırılıb.

İctimai televiziyanın yaydığı məlumata görə, Gürcüstanın Trabzon şəhərindəki Baş konsulluğu ölən vətəndaşların meyitlərinin vətənə çatdırılması üçün prosedurlara başlayıb.