Türkiyədə silahlı qarşıdurmada iştirak etmiş Gürcüstan vətəndaşları axtarışa verilib

Manshet Cəmiyyət Dünya

Türkiyədə baş verən silahlı qarşıdurmada iştirakda şübhəli bilinən iki Gürcüstan vətəndaşını axtarılır. 

Nsa.ge xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. 

Bildirilib ki, iyunun 17-si gecə saatlarında İstanbulun Fateh rayonunda Rusiya və Gürcüstan vətəndaşları arasında silahlı qarşıdurma baş verib.

Hadisə zamanı Gürcüstan vətəndaşı olan 56 yaşlı şəxs öldürülüb, Rusiya vətəndaşı olan şəxs isə yaralanıb. İnsidentlə bağlı üç nəfər saxlanılıb. Polis olay yerindən odlu və soyuq silahlar aşkarlayıb.

Faktla bağlı cinayət maddəsi ilə istintaqa başlanılıb.