Türkiyədən Gürcüstana qızıl əşyalarını qanunsuz keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Cəmiyyət

Gürcütan-Türkiyə sərhədində yerləşən “Sarpi” gömrük-keçid məntəqəsində Azərbaycan vətəndaşı saxlanılıb.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

R.B. adlı Azərbaycan vətəndaşının üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı gömrük nəzarətindən gizlədilmiş ümumi çəkisi 259,24qram olan qızıl əşyalar aşkar olunub. Zinət əşyalarının ümumi dəyəri 16,749.45 lari (6 205 dollar) təşkil edib.

Faktla bağlı materiallar Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təqdim olunub.

NSA.GE