Türkiyəyə işləməyə gedən 56 yaşlı Gürcüstan vətəndaşı həyatını itirib

Cəmiyyət Manshet

Türkiyədə 56 yaşlı Gürcüstan vətəndaşı ürək infarktı nəticəsində dünyasını dəyişib.

Nsa.ge xəbər verir ki, bu barədə AdjaraTV xəbər yayıb.

Kanalın yaydığı məlumata görə, qadın Türkiyənin Rizə şəhərinə çay toplamaq üçün işləməyə gedibmiş. O, üç gündürmüş ki, şəhərin xəstəxanalarının birində müalicə alırmış, ancaq müalicənin köməyi dəymədiyindən həyatını itirib.

Çərşənbə günü qadının cəsədi, Gürcüstanın Türkiyədəki səfirliyini köməyi ilə Gürcüstana göndərilib.