Türkiyəyə səfər edən Gürcüstan vətəndaşlarının sayı açıqlanıb

Cəmiyyət Manshet

2019-cu ilin birinci rübündə Türkiyəyə 371 min Gürcüstandan turist gedib.

Nsa.ge 1tv.ge-yə istinadən bildirir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, bu göstərici 2018-ci ilin analoji dövrü ilə müqayisədə 22 faizlə daha azdır.

Qeyd edək ki, Türkiyəyə gedən xarici turistlərdən 6,82 faizini Gürcüstan vətəndaşları təşkil edir.

Bununla yanaşı, sadəcə martda Türkiyəyə Gürcüstandan 138 700 turist gedib.

NSA.GE