Tuşetidə qəzası nəticəsində itkin düşənlərin axtarışına helikopter cəlb edilib

Cəmiyyət Manshet

Gürcüstanın Tuşeti rayonunda baş verən avtomobil qəzası nəticəsində itkin düşənlərin axtarışına sərhəd polisinin helikopteri də cəlb edilib.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölgəyə əlavə 2 xilasetmə briqadası da cəlb edilib. Bundan başqa, Tbilisidən də  xilasedicilərin və təcili tibbi yardım dəstələrinin qəza baş verən əraziyə göndərildiyi qeyd olunub.

Qeyd edək ki, Gürcüstan Fövqəladə Hallar İdarəetmə Xidmətin daha əvvəl yaydığı məlumatda qəzanın “KamAZ” markalı yük avtomobilinin dərəyə aşması nəticəsində baş verdiyi bildirilib. Gürcüstan Daxili İşlər Nazirliyi isə hadisənin Tuşeti royununun  Peşaveli-Abano-Omalo istiqamətində hərəkət edən mikroavtobus sürücüsünün idarəetməni itirməsi və dərəyə yuvarlanması nəticəsində baş verdiyini bildirib.