Tuşetidə turistlərin olduğu avtomobil dərədən aşağı aşıb – YENİLƏNİB

Cəmiyyət Manshet

Gürcüstanın Tuşeti bölgəsində turistlərin olduğu avtomobilin dərəyə aşması nəticəsində 1 nəfər ölüb.

Nsa.ge xəbər verir ki, qəza nəticəsində daha 1 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Yaralı şəxs xəstəxanaya aparılıb.

*** 15:09

Tuşeti yolunda yol qəzası baş verib.

Nsa.ge InterPressNews-a istinadən məlumatına görə, yolun 18-ci kilometrində turistləri daşıyan avtomobil aşıb.

Hazırda hadisə yerinə xilasetmə və təcili yardım briqadaları cəlb olunub.

Qeyd edək ki, hadisə yerində hüquq-mühafizə orqanları da var.