Tuşetidə“KamAZ”ın dərəyə aşması nəticəsində ölənlərin sayı artıb

Cəmiyyət Manshet

Gürcüstanın Tuşeti rayonunda “KamAZ” markalı yük maşınının uçuruma yuvarlanması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza zamanı itkin düşən gəncin cəsədi 4 gün sürən axtarışlardan sonra dünən tapılıb. 

Qeyd edək ki, iyulun 27-də kuzovunda 13 nəfər olan “KamAZ” markalı yük avtomobil 400 metr yüksəklikdən uçuruma yuvarlanıb. Qəza baş verən an kuzovda olan 5 nəfər tullanmağı bacarıb. 

Sərhəd polisinin helikopterinin də cəlb edildiyi axtarış xilasetmə əməliyyatları zamanı yerdə qalan 7 nəfərin meyiti tapılıb.

Qəzaya yük maşınında baş verən texniki nasazlığın səbəb olduğu bildirilib.