Tütün biznesi ilə məşğul olanların nəzərinə

Cəmiyyət Manshet

İyunun 1- dən etibarən yeni öhdəliklər yerinə yetirilmədiyi təqdirdə tütün biznesində cərimə tətbiq ediləcək.

Nsa.ge məlumat verir ki, mayın 31-dən etibarən tütün biznesi üçün yeni öhdəliklər qüvvəyə minəcək.

Belə ki, qeyd edilən tarixdən etibarən tütün, elektro siqratlərin və digər istənilən tütün məhsullarının realizasiyaya çıxarmamışdan 3 ay qabaq istehsalçı Səhiyyə Nazirliyinə məhsulun tərkibi və onun kimyəvi qatqıları haqqında hər bir məlumatı təqdim etməlidir.

Bu öhdəliklər ölkəyə daxil olan hər bir partiyaya ( hər dəfəyə) şamil olunur. İstehsalçı əgər bu öhdəliyi yerinə yetirməsə və ya əksik çatdırarsa, qanunla cərimə sanksiyaları tətbiq ediləcək.

Məlumata görə, İnzibati Xətalar Məcəlləsinə əsasən bazara çıxarılmamışdan 3 ay qabaq filtrli və filtrsiz siqaretlər haqqında məlumat Nazirliyə təqdim edilmədiyi təqdirdə istehsalçı 5000 lari cərimələnəcək.

NSA.GE