Ümumi məktəblərin 30 000-ə qədər müəllimin maaşı artıb

Manshet Cəmiyyət

Ümumi məktəblərin  30 000-ə qədər pedaqoqu 150 lari ilə artırılmış maaşını aldı.

Nsa.ge xəbər verir ki, bu barədə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin məlumat yayıb.

“Təhsil sisteminin kompleksli islahatı çərçivəsində, ümumi təhsil keyfiyyətinin artırılması məqsədi ilə, məktəblərdə bir çox əhəmiyyətli dəyişiklilər həyata keçirildi. Nazirliyin strategiyası ilə, müəllim professiyası ölkədə ən prestijli və ən hörmət edilən professiyalardan biri olmalıdır və buna nail olmaq üçün daha çox kompetensiya və maliyyə resursu lazımdır.

İslahat çərçivəsində, maaşların artırılması, məktəb pedaqoqların kompetensiyasının təsdiqlənməsi və statusunun yüksəlməsi ilə birbaşa bağlıdır. 

Müvafiq olaraq da, 2019-cu ilin oktyabr ayından pedaqoqların maaşlarının artırılması prosesi başladı, hansı ki, 2020-ci ilə qədər davam edəcək və son nöqtədə, orta müəllim maaşı 1500-1800 lari olacaq.

İlk mərhələdə, əməkdar və aparıcı statusu və həmçinin, 15 dərs saatı olan müəllimlərin maaşı 150 lari ilə artdı” – deyilir Nazirliyin bəyanatında.

Tam dərs saatları ilə işləyən müəllimlərin maaşı belə olacaq:

Əməkdar müəllim 1011 lari, aparıcı müəllim – 1435 lari, mentor müəllim – 1745 lari.

15 dərs saatından az saatları olan müəllimlərin maaşları isə, 100 lari ilə artacaq.

“İlin sonuna qədər müəllim statusunu yüksəldən müəllimlərin maaşları da müvafiq şəklildə, ilin sonuna qədər artacaq” – deyilir Təhsil Nazirliyində.