Vahid Milli İmtahanlar bugündən başladı

Cəmiyyət Manshet Mədəniyyət

Vahid Milli İmtahanlar bugündən başladı.

Nsa.ge 1tv-yə istinadən xəbər verir ki, bu gün abituriyentlər testi gürcü dili və ədəbiyatından imtahan verəcəklər. İmtahana qeydiyyat saat 08:00-dan başlayıb.

Belə ki, imtahan üçün 41 min abituriyent qeydiyyatdan keçib.

Qeyd edək ki, imtahan mərkəzlərinə getmək üçün, əlavə ictimai nəqliyyat ayrılıbdır.

Hazırda Gürcüstanda 11 şəhərin 23 İmtahan Mərkəzi Vahid Milli İmtahanlar üçün hazırdır. Applikantların böyük sayına görə, əlavə olaraq iki mərkəz – Xulo və Batumidə açıldı.

Vahid Milli İmtahanları iyulun 23-də fizika imtahanı ilə başa çatacaq.