Vaziani hərbi bazasında keçirilən təlimdən sonra bir əsgər ölüb

Manshet Cəmiyyət

Gürcüstanın Vaziani hərbi bazasında keçirilən təlimdən sonra bir əsgər ölüb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, hərbi bazanın poliqonunda intensiv hərbi təlim keçirilib. Səhər saatlarında 30 yaşlı hərbçi Mamuka Xarazişvili özünü pis hiss edib. Tibbi yardımın göstərilməsinə baxmayaraq, əsgər ürək dayanmasından vəfat edib.

Faktla bağlı müvafiq ekspertiza və istintaq aparılır. İstintaq 116-cı maddənin I hissəsi ilə başlamışdır.