Xalq müdafiəçisi: “Bu məsələ danışıq yolu ilə həll olunmalıdır”

Cəmiyyət Manshet

“Pankisi dərəsində olan proseslər son dərəcə narahatlıq doğurur”.

Nsa.ge bildirir ki, bu barədə Gürcüstanın xalq müdafiəçisi Nino Lomgaria Pankisi dərəsində olan prosesləri şərh edərkən deyib.

O, bu hadisəni “son dərəcə narahatlıq doğuran” məsələ adlandırıb. Nino Lomgaria deyib ki, hər iki tərəfi danışıq rejiminə keçməli və məsələni danışıq yolu ilə həll etməlidir:

“Dövlət və əhali arasında dialoq qurulmalıdır. Əhalinin məlumatlandırılması və eləcə də onların fikirlərini dinləmək önəmlidir. Mən tərəflərlə görüşməyə hazıram. Hazır ki mərhələdə qarşıdurmanın genişlənməsinə yol verilməməli və insan haqqları qorunmalıdır”.

NSA.GE