Xarici dil imtahanı ilə bağlı qaydalar dəyişdi-Açıqlama

Cəmiyyət Manshet

Xarici dillərin imtahan testində qrammatik biliyin yoxlanılması olmayacaq.

Nsa.ge məlumat verir ki, bu barədə Dəyərləndirmə və Milli İmtahan Mərkəzinin xarici dillər qrupunun rəhbəri  Rusudan Tğemaladze  jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, maksimal bal  90- dan 80-dək endirilib.

Tğemaladzenin sözlərinə görə, tapşırığı götürməklə xarici dillər testinin maksimal balı cari ildə 80 olacaq.

“Bu il xarici dillərin testində dəyişiklik minimaldır. Bu ilin testini ötən ilin testindən fərqləndirən isə təmiz qrammatik biliyin yoxlanması tapşırığının götürülməsidir. Bu ənənəvi 8-ci tapşırıq idi. Qeyd edilən tapşırıq  qrammatik qaydalar biliyini yoxlayırdı. Bu tapşırığın götürülməsi ilə dəyişiklik oldu və maksimal bal 90- dan 80- ə endi. Yəni, xarici dillərdə maksimal bal 80 olacaq”.

Onun sözlərinə görə, testlə düzgün vaxtlardan istifadə biliyi  və əsas qrammatik kateqoriyalar yoxlanacaq.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir