Yanacağın qiyməti bahalaşdı, ucuzlaşması gözlənilmir

Cəmiyyət İqtisadiyyat Manshet

Son 2 həftə ərzində yanacağın qiyməti 7-10 tetri artıb. Neft məhsullarının idxalı şurasının sədri Vano Mtvaralaşvilinin açıqlamasına görə, qiymətlərin artması bütün operator şirkətlərə – brendləşmiş və brendləşməmiş şirkətlərə aiddir.

Nsa.ge Bpn-a istinadən xəbər verir ki, yaxın gələcəkdə qiymətlərin aşağı düşməsi gözlənilmir, digər şirkətlərdə isə qiymətlər daha çox artırla bilər.

Nsa.ge müxtəlif yanacaqdoldurma məntəqələrində yanacağın qiymətlərini sizə təqdim edir.

“ Socar” yanacaqdoldurma məntəqələrində super tipli yanacaq – 2.53; 1 litr premiumun qiyməti – 2.43, reqular-2.33, avro dizel- 2.55, dizel isə – 2.47.

“ Visol” məntəqələrində 1 litr eko superin qiyməti – 2.59, ekopremium- 2.49, avro requların qiyməti – 2.39, avro dizel- 2.59, eko dizel- 2.64, dizel energy isə – 2.50.

“ Lukoil” məntəqələrində avro super tipli yanacağın qiyməti – 2.49, premium avanqard- 2.39, 1 litr avro reqular- 2.29, avro dizel isə – 2.53.

“ Rompetrol”- a gəldikdə isə, bu məntəqələrdə 1 litr super tipli yanacaq-2.54, Avro premium-2.44, avro reqular-2.34 təşkil edir. Vətəndaşlar Efix avro dizeli 2.59, avro dizeli isə 2.50 yə ala bilərlər.

“ Qulf” yanacaqdoldurma məntəqələrində isə, super tipli yanacağın qiyməti – 2.52, G- Force premium- 2.39, G- Force avro reqular- 2.34 təşkil edir. 1 litr requlyarın qiyməti -2.28, avro dizel- 2.59, dizel isə 2.49 – dur

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir