Yanacaq doldurma məntəqəsində bir nəfər qətlə yetirilib

Cəmiyyət Manshet

İğalto kəndində yanacaq doldurma məntəqəsində bir kişini qətlə yetiriblər.

Nsa.ge xəbər verir ki, dünən Telavi bələdiyyəsinin İğalto kəndində yanacaqdoldurma məntəqəsinin əməkdaşını qətlə yetiriblər. O, baş nahiyəsindən güllələnib.

Daxili işlər nazirliyinin verdiyi məlumata görə, şübhəli bəllidir və hüquqmühafizəçilər onu yaxalamaq üçün müvafiq tədbirlər həyata keçirirlər. İstintaq cinayət məcəlləsinin 108- ci maddəsilə aparılır.

NSA.GE