Yanacaqdoldurma şirkətinin rəhbərləri həbs edilib

Manshet Cəmiyyət

Gürcüstan hüquq mühafizə orqanlarının əməkdaşları “Frego” yanacaqdoldurma məntəqələri şəbəkəsinin yaradıcıları Giorgi Topçişvili və Vladimer Allişvilini həbs edib.

Nsa.ge xəbər verir ki, müvafiq qərar Gürcüstan Maliyyə Nazirliyinin Tədqiqat Xidmətinin apardığı araşdırma əsasında Tbilisi Şəhər Məhkəməsi tərəfindən qəbul edilib.

Şirkət külli miqdarda vergidən yayınmaqda ittiham olunur.

Təsisçilər bu məqsədlə saxta gömrük sənədlərinin istifadəsinə yol verib.

Şirkətin qanunsuz fəaliyyəti nəticəsində Gürcüstanın dövlət büdcəsinə 2 837 683 lari ziyan vurulub.

Saxlanılan sahibkarları 4 ildən 7 ilədək həbs cəzası gözləyir.