Yol qəzasında 10 yaşlı uşaq dünyasını dəyişib

Cəmiyyət Manshet

Zestafonda yol qəzasında 1 nəfər həyatını itirib.

Nsa.ge Netgazet-ə istinadən xəbər verir ki, yol qəzası nəticəsində 1 yeni yetmə həyatını itirib, 3 nəfər isə yaralanıb.

Daxili işlər nazirliyinin məlumatına əsasən hadisə zamanı 10 yaşlı qız dünyasını dəyişib və xəsarət alanlar da var.

Yol qəzası bu gün aprelin 27-də baş verib.DİN- in açıqlamasına görə, avtomobil yoldan çıxıb. Hadisə yerində 1 nəfər ölüb,3 nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

DİN Gürcüstan cinayət məcəlləsinin 276 cı maddəsilə istintaq başladıb. Maddə nəqliyyat vasitəsi qaydalarının pozulmasını nəzərdə tutur.

NSA.GE