Zorakılığa görə, 110 valideyn məsuliyyətə cəlb olunub

Manshet Cəmiyyət

2019-cu ildə valideynlər tərəfindən uşaqlara qarşı zorakılıq halları əhəmiyyətli dərəcədə artıb.

Nsa.ge xəbər verr ki, bu barədə məlumatı parlamentin hüquqi məsələlər üzrə komitə iclasında Gürcüstanın Daxili İşlər Nazirliyinin insan hüquqları departamentinin rəhbəri Qoqa Xatiaşvili verib.

Qeyd olunan cinayətlərlə bağlı verilən həbs orderlərinin sayı da əhəmiyyətli dərəcə də artıb.

Onun dediyinə görə, 2019-cu ilin beş ayı ərzində 110 valideyn məsuliyyətə cəlb olunub.

O qeyd edib ki, statistika göstərir ki, qeyd olunan cinayətin prevensiyası və müstəntiqlərin imkanlarının artırılması çox vacibdir.