Zuqdiddə mağaza soyulub

Cəmiyyət Manshet

Zuqdiddə avtomobil hissələri satan mağaza soyulub.

Nsa.ge İPN.ge-yə istinadən xəbər verir ki, Zuqdiddə “ İnter avto” mağazasından pul və avtomobil hissələri oğurlanıb.

Bu barədə mağazanın meneceri Mixeil Paçkoria açıqlama verib.

Onun sözlərinə görə, bu gün səhər mağazanın qapısı qırılmış halda görüb:

“ Dünən iş günü olmadığı üçün mağazada olmamışıq. Bu gün səhər mağazanın qapısının sındırılmış olduğunu gördüm. Oğrular pul və avtomobil hissələri aparıb.  Oğurlanan malların sayı isə dəqiqləşdirilir”.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir