Bombalardan qaçan minlərlə suriyalı Türkiyə sərhədinə axın etdi – Fotolar+Video

Rusiyanın hərbi hava qüvvələri və Əsəd rejimi gücləri İdlibi bombalayıb. Nsa.ge “Haberler”ə isitnadən xəbər verir ki, hava hücumundan qaçmağa başlayan minlərlə suriyalı Türkiyə sərhədinə axın edib. Evlərini tərk edən suriyalılar Babel Hava Sərhəd Qapısındadır. Sərhədi qanunsuz yollarla keçməyə çalışanlara qarşı güclü tədbirlər görülməyə başlanıb. Məsələ ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da açıqlama verib. […]

Continue Reading

Müxalifət liderləri istintaqda ifadə verməkdən imtina ediblər

Müxalifət partiyalarının liderləri Giqi Uqulava, Gia Baramidze və İrakli Okruaşvili Daxili İşlər Nazirliyinə (DİN) dindirilməyə çağırılıblar. Nsa.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hər üç müxalifət lideri dindirilməyə gəlməkdən imtina ediblər. DİN həmin şəxslərin hakim qarşısında dindirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Müxalifətçilər iyunun 20 və 21-də Tbilisidə keçirilən etiraz aksiyası ilə bağlı Cinayət […]

Continue Reading

Xələf Xələfov: “Gürcüstanlı zəvvarların “Keşikçidağ” ərazisinə keçidi həmişə Azərbaycan sərhədçilərinin nəzarəti altında gerçəkləşib”

“Beynəlxalq hüquqa əsasən, SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası və Gürcüstan avtomatik olaraq aralarında mövcud olan əvvəlki inzibati sərhədlərin varisi olublar. Sonradan bu sərhədlər dövlət sərhədləri oldu və iki ölkənin sərhəd xidmətlərinin nəzarəti altına keçdi”. Nsa.ge ONA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Onun sözlərinə görə, “Keşikçidağ” hissəsində sərhəd […]

Continue Reading

Gürcüstanda yeni maliyyə naziri təyin edilib

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri vəzifəsinə yeni  təyinat olub. Nsa.ge məlumat verir ki, bu vəzifəyə  Natiya Turnava  gətirilib. Qeyd edəjk ki, Natiya Turnava bu günə qədər Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri müavini vəzifəsini icra edirdi. O, nazir vəzifəsində Giorgi Kebuliyanı əvəz edib. Xatırladaq ki,  Gürcüstanın iqtisadiyyat naziri istefa verib. Bununla bağlı Gürcüstanın Baş […]

Continue Reading

Sabah Tiflisdə etiraz aksiyası keçiriləcək

“Avropa Gürcüstanı” və “Azad Demokratlar” sabah Tiflisdə ali məhkəmədən parlament istiqamətində etiraz yürüşü təşkil edəcək. Nsa.ge 1tv.ge-yə istinadən bildirir ki, bununla bağlı  Mtadsmindanın majoritar dairəsində keçirilən brifinqdə qeyd edilib. “Avropa Gürcüstanı” və “Azad Demokratlar”ın namizədi Şalva Şavqulidzenin sözlərinə görə, hakimiyyətə qarşı onların əsas tələb ədalətin bərpası və Venetsiya komissiyasının zəmanətlərinin nəzərə alınmasıdır.  “Gürcü Arzusu”nun lideri […]

Continue Reading

Tbilisidə sürücü avtomobilin altında qaldı

Tbilisidəki Elbakidze avtomobil yolunda nəqliyyat hadisəsi baş verib. Nsa.ge Daxili İşlər Nazirliyinə istinadən bildirir ki,  sürücü idarə etdiyi avtomobilinin altında qalıb. Şahidlərin sözlərinə görə, o, avtomobili yolu kənarında saxlayıb və  təmir etməyə başlayıb.  Qəfildən avtomobilin hərəkət etməsi nəticəsində maşının altında qalaraq, həyatını itirib. NSA.GE

Continue Reading

Ermənistan Rusiya telekanallarına xəbərdarlıq edib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya telekanallarını dəqiq olmağa çağırıb. Nsa.ge Report-a istinadən bildirir ki, Rusiya telekanalları Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın siyasi baxışlarına görə təqib edilməsi barədə reportaj hazırlayaraq efirə veriblər. Nikol Paşinyan həmin telekanallara müraciət edərək deyib: “Ermənistanda xarici KİV-in yerli mətbuatdan daha çox azad olmaması ilə bağlı fikirlər səslənir. İstənilən teleşirkət başqa bir dövlətin […]

Continue Reading

İnternetdən necə pul qazanmaq olar?

Hazırda internetlə əlavə gəlir əldə etmək  asandır.  Bəs bunu necə etmək olar? Nsa.ge onlayn “dünya”da pul qazanmağın 22 yolunu təqdim edir.  Son günlərdə məşhurlaşmış bu üsul vasitəsi ilə rahatlıqla pul qazanmaq olur. Məsələn memrise, coursera, edx , duolingo, kimi saytlar bu fəaliyyətdən gəlir əldə edir.  Instagramda influencer olmaq Əgər Instagram profilinizdə 3k – dan çox izləyiciniz varsa, yəqin ki bu […]

Continue Reading

Rustavidə 16 yaşlı qız binadan yıxıldı

Ötən gün axşam saatlarında Rustavi şəhərində 16 yaşlı qız binaların birindən yıxılaraq xəsarət alıb. Nsa. ge  İPN -ə  istinadən bildirir ki,  qız 4-cü mərtəbədən düşüb. Məlumata görə,  xəstə  “Rustavi” klinikasına yerləşdirilib. Xəstəxanadan isə onun vəziyyətinin ağır olduğu bildirilir. Daxili İşlər Nazirliyi  Cinayət Məcəlləsinin  115-ci maddəsinə ( intihara cəhd etmə)  uyğun olaraq  istintaqa  başlayıb. NSA.GE

Continue Reading

Ölkəmizdə Ana dili günü qeyd edilir

Bu gün Gürcüstanda Ana Dili günü qeyd olunur.Nsa.ge xatırladır ki, bu tarix 1978-ci il aprelin 14-ü hadisələrinin qeyd olunması üçün 1990-cı ildən təsis olunub. 1978-ci il aprelin 14-də keçirilən etiraz aksiyaları gürcü dilinin dövlət dili statusunu qoruyub . Tarix ilə bağlı ölkə miqyası ilə tədbirlər həftəliyi planlaşdırılır. NSA.GE

Continue Reading