Sabiq prezident Giorgi Marqvelaşvili Tbilisidəki etiraz aksiyasına qoşulub

Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili Tbilisi parlamenti qarşısında hökumət əleyhinə keçirilən etiraz aksiyasına qoşulub. Nsa.ge xəbər verir ki, o çıxışında etirazçıların yanında olduğunu bildirib. “Gürcüstan tarixi ən qürurlu sözlərlə yazılır. Bax belə yazılır tarix, hansı ki, çox yaxşı olacaq. Mən həmişə olduğu kimi, bu gündə mən sizinləyəm. Mən düşünürəm ki, hakimiyyət xalqın maraqlarını nəzərə almalı […]

Continue Reading

Gürcüstanda zəlzələ baş verdi

Gürcüstanda zəlzələ baş verdi. Nsa.ge xəbər verir ki, bu barədə İlya İnstitutunun Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb. Zəlzələ 3,6 bal gücündə olub. Yeraltı təkanlar saat 21:42-də Laqodexi rayonunun Zemo Xeçili kəndində qeydə alınıb. Zəlzələ dağıntılara səbəb olmayıb.

Continue Reading

Tbilisidə növbəti etiraz aksiyası keçirilir

Gürcüstanın paytaxtı Tbilisidə parlament binası qarşısında növbəti etiraz aksiyası başlayıb. Nsa.ge xəbər verir ki, hazırda aksiya iştirakçıları parlamentin önünə toplaşır. Aksiyanın tələbləri dəyişməz olaraq qalır. Aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefası və iyunun 20-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılmasını tələb edirlər. Müxalif “Güc birlikdədir” birliyinin liderləri də parlamentin ətrafına toplaşıb. Onlar parlamentin […]

Continue Reading

Bidzina İvanaşvilinin iqamətgahına doğru etiraz yürüşü keçirilib

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin Qara dəniz sahilində, Şekvetili adlanan ərazidə yerləşən iqamətgahı yaxınlığında etiraz aksiyası keçirilib. Nsa.ge Report-a istinadən xəbər verir ki, aksiyaya müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının üzvləri ilə yanaşı, ictimai fəallar və gənclər də qoşulub. Aksiyaçılar “Bidzina, biz gəlirik”, “Qaxaria, get!” şüarları səsləndirərək “Black Sea Arena” konsert […]

Continue Reading

Gürcüstan Patriarxlığı hökuməti etirazçıları azad etməyə çağırıb

Gürcüstan Patriarxlığı iyunun 20-21-də Tbilisidə keçirilən aksiyalar zamanı saxlanılan etirazçıların azad olunması xahişi ilə hökumətə müraciət edib. Nsa.ge xəbər verir ki, patriarxlıq Tbilisidə baş verən hadisələrlə bağlı narahatlığını ifadə edib. Patriarxlıq hakimiyyəti saxlanılan və hələ də həbsdə olan şəxslərə qanunun imkan verdiyi çərçivəsində maksimum humanistlik nümayiş etdirməyə çağırıb. Patriarxlıq həmçinin hökuməti və bank sahiblərini kreditorlar, turizm sektorunda çalışanların […]

Continue Reading

Tbilisidə etirazlar zamanı xəsarət alanların 13-ü xəstəxanada müalicəsini davam etdirir

Tbilisidə iyunun 20-də kütləvi aksiya zamanı xəsarət alan etirazçıların 13-ü xəstəxanalarda müalicələrini davam etdirirlər. Nsa.ge xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması və Təcili Tibbi Yardım Mərkəzinin direktoru Avtandil Talakvadze jurnalistlərə bildirib. Onun sözlərinə görə, onlardan 5-i bu gün ərzində evə buraxılacaq: “Süni tənəffüs aparatına qoşulan iki pasientin vəziyyəti isə stabildir. Reanimasiya şöbəsində olan hər […]

Continue Reading

Gürcüstan parlamentinin iclası etiraz aksiyası fonunda keçirilir

Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyası keçirilir. Nsa.ge Report-a istinadən xəbər verir ki, aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər. Aksiyaya vətəndaşlarla yanaşı, müxalif “Güc birlikdədir” birliyinin üzvləri də qatılıblar. Etirazçılar hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin Qəddafi obrazında əks olunduğu plakatlar tutublar. Əraziyə çox sayda polis əməkdaşı cəlb olunub.

Continue Reading

Tbilisidə etirazlar zamanı saxlanılan 41 nəfər azadlığa buraxılıb

Tbilisidə iyunun 20-də Gürcüstan parlamentinin binası qarşısında keçirilən kütləvi aksiya zamanı saxlanılan 41 nəfər azadlığa buraxılıb. Nsa.ge xəbər verir ki, bu barədə Tbilisi Apellyasiya Məhkəməsi qərar qəbul edib. Saxlanılan şəxslər 4 günlük inzibati həbs cəzası çəkiblər. Onlar məhkəmə zalından sərbəst buraxılıblar. Məhkəmə 41 nəfərdən 2-nin günahsız olduğunu üzə çıxarıb. Qeyd edək ki, iyunun 20-də keçirilən kütləvi aksiya zamanı 305 […]

Continue Reading

Gürcüstan Futbol Federasiyası oyunçuların anti-Rusiya aksiyasını dəstəkləyib

Gürcüstan Futbol Federasiyası (GFF) bəzi yerli klublarla həmrəylik göstərərək, onların anti-Rusiya aksiyalarını dəstəkləyib. Nsa.ge Birinci kanala istinadən xəbər verir ki, bunu GFF-nin baş katibi David Muciri deyib. “Bu günə olan vəziyyətə görə, milli liqada iştirak edən komandalardan heç birini sanksiya gözləmir. Bizə nə UEFA-dan, nə də FİFA-dan ərizə daxil olmayıb. Bir daha təsdiq edirəm ki, […]

Continue Reading

Tbilisidə etiraz aksiyasına canlı zəncirlə yekun vurulub

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyası başa çatıb. Nsa.ge xəbər verir ki, etirazçılar parlamentin binası ətrafında canlı zəncir yaradaraq, Gürcüstanın dövlət himnini ifa ediblər. Aksiyaçılar hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişviliyə məxsus biznes mərkəzə yürüş etməkdən imtina ediblər. Aksiyanın bu gün saat 19:00-da bərpa olunacağı elan olunub.

Continue Reading