Tbilisidə aksiyanın təşkilatçıları təxribat barədə xəbərdarlıq ediblər

Tbilisidə keçirilən kütləvi etiraz aksiyası davam edir. Nsa.ge xəbər verir ki, etirazçılar aksiyada təxribatların olacağı ilə bağlı xəbərdarlıq ediblər. Aksiya təşkilatçıları iştirakçıları təxribatlara uymamağa çağırıblar. Təşkilatçılar “Get” (” #წადი” – red) adlı sosial kampaniyaya başladıqlarını da elan ediblər. Onlar iştirakçıları “Facebook” sosial şəbəkəsində kampaniyaya qoşulmağa çağırıblar.

Continue Reading

Etirazçıların sayı artır, Rustaveli prospekti bağlandı – FOTO

Paytaxtı Tbilisi şəhərində keçirilən etiraz aksiyasına qatılan iştirakçıların sayı artıb. Nsa.ge xəbər verir ki, parlamentin binası qarşısındakı Rustaveli prospektində avtomobillər üçün hərəkət dayandırılıb. Ötəngünkü aksiyalardan fərqli olaraq, bu gün aksiyaçılar hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin əleyhinə plakatlar tutublar. Gənc fəallar aksiya iştirakçılarına B.İvanişvili ilə bağlı təhqiramiz xarakterli vərəqələr paylayırlar.

Continue Reading

Tbilisidə parlament binasının qarşısında növbəti etiraz aksiyası keçirilir

Tbilisidə parlament binasının qarşısında növbəti etiraz aksiyası keçirilir. Nsa.ge xəbər verir ki, gənclərin üstünlük təşkil etdiyi aksiyada hələ kütləvilik müşahidə edilmir. Əraziyə çoxlu sayıda Polis və təcili tibbi yardım cəlb olunub. Artıq 4 gündür ki, keçirilən etiraz aksiyasının tələbləri dəyişməz olaraq qalır. Etirazçıların tələbləri, Daxili İşlər Naziri Qiorqi Qaxaria istefası, iyunun 20-də keçirilən aksiyanın amansızcasına […]

Continue Reading

İkinci İliya Gürcüstan vətəndaşlarına müraciət edib

“Ətrafımızda pis hadisələr baş verir, buna görə, sizə xahişlə müraciət etmək istəyirəm ki, diqqətli olun və səhv buraxmayın”. Nsa.ge 1tv-yə istinadən xəbər verir ki, bunu Gürcüstan patriarxı II İlya Müqəddəs üçlük kilsəsində dini ibadət zamanı deyib. “Biz çətin bir dövrdə yaşayırıq, ətrafımızda pis hadisələr baş verir, buna görə, sizə müraciət etmək istəyirəm ki, diqqətli olun […]

Continue Reading

Etirazçıların tələbləri yerinə yetirilməyib

Tbilisidə etirazçıların tələblərinin yerinə yetirilməsi üçün hökumətə verilən vaxt başa çatıb. Nsa.ge xəbər verir ki, tələblərin heç biri yerinə yetirilmədiyindən saat 19:00-da parlamentin binası qarşısında yenidən etiraz aksiyası keçiriləcək. Aksiyanın tələbləri, Daxili İşlər Naziri Qiorqi Qaxaria istefası, iyunun 20-də keçirilən aksiyanın amansızcasına dağıdılmasında iştirak edən polis əməkdaşlarının cəzalandırılması, saxlanılan 305 nəfərin azadlığa buraxılması və proporsional […]

Continue Reading

“Tbilisi meryası parlament binasının qarşısından avadanlıqları oğurlayıb”

“Tbilisi meryası parlament binasının qarşısından avadanlıqları oğurlayıb”. Nsa.ge xəbər verir ki, bu haqda etiraz aksiyasının təşkilaçılarından olan Qiorqi Noniaşvili deyib. Q. Noniaşvilinin sözlərinə görə, Tbilisi meryası gecə saatlarında parlament binasının qarşısından qalan avadanlıqları oğurlayıb. “Bu gün gecə meriya bizim avadanlıqları oğurlayıb. Meriya bizə birinci dəfə dedi ki, təmizlik xidmətinin səhvi olub, geri qaytaracaqlarına söz verdilər. […]

Continue Reading

Gürcüstanda rezin güllələrin qadağan olunması tələbi ilə petisiya yaradılıb

Gürcüstanda etiraz aksiyalarının dağıdılması zamanı rezin güllələrdən istifadənin qadağan olunması tələbi ilə petisiya yaradılıb. Nsa.ge xəbər verir ki, www.manifest.ge saytında yerləşdirilən petisiya Gürcüstan parlamentinə ünvanlanıb. Bu vaxta qədər müraciəti 2000-dən çox şəxs imzalayıb. Petisiya üçün, ümumilikdə, 20 min imza tələb olunur. Müraciətdə bildirilib ki, dinc aksiyaların insanların ölümünə səbəb olan silahlarla dağıdılması yolverilməzdir. Petisiya müəllifləri […]

Continue Reading

Gürcüstan hava yolları Rusiyaya uçuşlar davam etdirir

Gürcüstan tərəfindən Rusiyaya uçuşlar qrafikə uyğun olaraq normal qaydada davam etdirilir. Nsa.ge xəbər verir ki, bu barədə “Gürcüstan hava yolları” aviaşirkətinin yaydığı məlumatda bildirilib. Milli aviadaşıyıcı Gürcüstana səfər etmək istəyən sərnişinlərə müraciət edib: “Sizi turizm mövsümündə Gürcüstana səfər etməyə dəvət edirik. “Gürcüstan hava yolları” sizin təhlükəsiz və rahat birbaşa uçuşlarınızı təmin edəcək”. Qeyd edək ki, […]

Continue Reading

Etirazçılar bəzi müxalifət liderlərinin mitinqdə istirak etməsinə etiraz edirlər

Tbilisidə parlament binasının qarşısında keçirilən mitinq davam edir. Nsa.ge xəbər verir ki, iştirakçılar paytaxtın mərkəzi Rustaveli prospektini bağlayıblar. Nümayişdə kiçik insident də yaşanıb. Provokasiya yaratmağa çalışdığı bildirilən nümayişçi ərazidən uzaqlaşdırılıb. Bundan başqa bəzi müxalifət liderlərinin mitinq keçirilın əraziyə gəlməsi iştirakçılar arasında narazılıq yaradıb. Bəzi iştirakçılar etiraz əlaməti olaraq mitinqi tərk ediblər. Qeyd edək ki, mitinqdə […]

Continue Reading