Gürcüstan və Azərbaycan ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olundu – FOTO

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nsa.ge Qafqazinfo-ya istinadən xəbər verir ki, görüşdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Azərbaycan və Gürcüstan dəmir yolları arasında mövcud olan əməkdaşlıq əlaqələri, Azərbaycanın nəqliyyat-logistika imkanları, dəmir yolunda həyata keçirilən […]

Continue Reading

Azərbaycan və Gürcüstan yeni birgə müəssisələr yarada bilər

“Ötən il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri artaraq 580 milyon ABŞ dollarına çatıb. Hazırda Gürcüstanda 700-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir. İndiyə qədər Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatına 3,2 milyard dollar investisiya yatırıb və onlar Gürcüstanda əsas vergi ödəyicilərindəndir”.  Nsa.ge Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bunu nazir Şahin Mustafayev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.  Nazir həmçinin deyib ki, […]

Continue Reading

Ronaldu pulları və maşınları haqda danışdı

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu “The Sun” qəzetinə müsahibəsində maliyyə imkanları və şəxsi maşınları haqqında danışıb. “Mənim maliyyə durumum yarım milyard dollara çatırmı? Düşünürəm ki elədir. 100% əminliklə dəqiq məbləği deyə bilmərəm, amma mənim bank hesabımda yaxşı pullar var”, – deyə Ronaldu bildirib. Onun sözlərinə görə, maşınlarının sayı 17-yə çatıb:     “Sürməyi ən çox xoşladığım “Rolls Roys”dur. […]

Continue Reading

Kişi 10 santimetrlik buynuz çıxardı – FOTO

Hindistanın Saqar şəhərində Şyam Lal Yadav adlı bir nəfər 4 düym (10,2 santimetr) ölçüsündə “şeytan buynuzu” çıxarıb. Nsa.ge xəbər verir ki, bu barədə “Mirror Online” məlumat yayıb. Bu çıxıntı 74 yaşlı fermerin başında aldığı zərbədən beş il sonra böyüməyə başlayıb. Yadavın başından tam olaraq necə zədə alması barədə dəqiq məlumat verilmir. Əvvəlcə kişi konus şəklində neoplazmaya əhəmiyyət verməyib […]

Continue Reading

Alimlər ölünün parçalanmasını lentə aldı: 17 ay hərəkət edirmiş

Ölmüş adamın bədəni ölümündən il yarım sonra belə hərəkət etməyə davam edir. Bunu Avstraliya alimləri iddia edir.  Araşdırmalar Avstraliyada tafonomik eksperimental tədqiqatlar mərkəzində aparılıb. Mərkəzin adının baş hərflərindən götürülmüş abreviaturası (Australian facility for taphonomic experimental research) isə böyük məna kəsb edir – AFTER (SONRA).  Nsa.ge-nin “Vesti Medisina” portalının istinadən verdiyi məlumata görə, onlar 17 ay ərzində […]

Continue Reading

Azərbaycan Prezidenti Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnavanı qəbul edib. Nsa.ge xəbər verir ki, Natiya Turnava Gürcüstanın Baş Naziri Georgi Qaxarianın salamlarını Azərbaycan dövlətinin başçısına çatdırıb. Görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, iqtisadi sahədə əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə genişlənməsindən məmnunluq ifadə olunub. […]

Continue Reading

Azərbaycanda Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobil ağır qəza törədib, nənə və 9 yaşlı nəvəsi xəsarət alıb – FOTO

Azərbaycanın Qax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nsa.ge Report-a istinadən xəbər verir ki, qəza axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, rayon sakininin idarə etdiyi “TT-348-HH” Gürcüstan dövlət qeydiyyat nişanlı “Mercedes”markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan Qax rayon sakini Elvin Osmanovun idarə etdiyi “VAZ-21099” markalı avtomobili arxadan vurub. Nəticədə […]

Continue Reading

Tramp ABŞ-ın strateji neft ehtiyatlarını işə salmaq niyyətindədir

ABŞ prezidenti Donald Tramp neft bazarında vəziyyəti sabitləşdirmək üçün ölkənin strateji ehtiyatlarını istifadə etməyə icazə verib.  Nsa.ge xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri özünün “Twitter” səhifəsində bildirib. “Səudiyyə Ərəbistanında neftin qiymətlərinə təsir edə biləcək hücumları nəzərə alaraq bazarların təchizatının normal səviyyəsini saxlamaq üçün ehtiyac yaransa, strateji neft ehtiyatından istifadə etməyə icazə vermişəm”, – deyə o bildirib. 

Continue Reading

Neftin qiyməti iki gündə artdı

Səudiyyə Ərəbistanının neft ixracını azaltması barədə xəbərlərdən sonra neftin dünya bazarında qiyməti 12% – 13% artıb. Nsa.ge RİA “Novosti-yə istinadən xəbər verir ki, qiymətlərin maksimum artımı 19% təşkil edib. Məlumata görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 19,1% artaraq bir barel üçün 71,62 dollar təşkil edib. WTI markalı neftin noyabr fyuçersləri 15,8% artıb və 63,47 dollara çatıb. Xatırladaq ki, dünyanın ən […]

Continue Reading

Nissan-ın rəhbəri istefaya getdi

Yaponiyanın “Nissan Motor” şirkətinin rəhbəri Xiroto Saikava istefaya gedib. Nsa.ge RİA Novosti-yə istinadən xəbər verir ki, Saikavanın vəzifədən getməsi şirkətin gəlirlərinin artırılması zərurətindən yaranıb. Şirkətin avtomobil bazarında rəqabət qabiliyyətini yeni rəhbər artırmalı olacaq. Avtonəhəngin yeni rəhbəri oktyabrda təyin olunacaq.

Continue Reading