Marneulinin sabiq meri Temur Abazovun vəkili bəyanat yayıb

Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazovun vəkili Qaqi Mosiaşvili bəyanat yayıb. Nsa.ge Report-a istinadən xəbər verir ki, sənəddə T.Abazovun “Mtavari arxi” televiziya kanalının efirində cinayətkar adlandırılmasının qəbuledilməz olduğu bildirilib. Sənədə əsasən, oktyabrın 6-da “Mtavari arxi” kanalında yayımlanan “Mtavari aksentebi” verilişində aparıcı Nika Qvaramia Temur Abazovu cinayətkar adlandırıb: “Nika Qvaramia Temur Abazovun Bidzina İvanişvilinin himayəsində olduğunu deyib. Aparıcı həmçinin […]

Continue Reading

Erməni jurnalistlərinin Gürcüstana girişinə icazə verilməyib

Ermənistandan olan 3 jurnalist – Yuri Manvelyan, Tiqran Xaçatryan və Tiqran  Akopyanın Gürcüstana girişinə icazə verilməyib. Nsa.ge xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat paylaşıb. Bildirilib ki, oktyabrın 11-də Ermənistan-Gürcüstan sərhədinin Bavra-Ninotsminda gömrük-keçid məntəqəsinə gələn 3 erməni jurnalist Gürcüstan sərhədçiləri tərəfindən 4 saata yaxın gözlədilib. Daha sonra jurnalistlərin mikrofon və kameralarını ölkəyə keçirməsinə icazə […]

Continue Reading

Sinoptiklər oktyabrın 17-nə qədər olan hava proqnozunu xəbər verir

Gürcüstanın qərb hissəsində yağışlı hava və güclü külək olacaq. Hava temperaturu isə, +18, +23 dərədə olacaq. Nsa.ge xəbər verir ki, bu haqda Ətraf Mühitin Qorunmasının Milli Agentliyinin məlumatında bildirilir. Oktyabrın 13-dən gecə saatların hava dərəcəsi düşəcək, gündüz isə, isti hava olacaq. Sinoptiklərin məlumatına görə, oktybrın 12-də, Tbilisidə kiçik yağış və külək ola bilər. Oktyabrın 13-dən isə, […]

Continue Reading

Azərbaycan Prezidenti İlham Əliyev Tvitter hesabında Gürcüstan-Azərbaycan münasibətlərindən yazdı

“Azərbaycan və Gürcüstan bu gün bir-biriləri üçün ən yaxın və ən önəmli partnyorlardır”. Nsa.ge xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev “Tvitter” hesabında yazıb. “Müstəqillik dövründə iki tərəfli münasibətlərini müvəffəqiyyətlə inkişaf etdirən Azərbaycan və Gürcüstan, bu gün bir-biriləri üçün ən yaxın və ən önəmli partnyorlardır” – yazıb Azərbaycan prezidenti.

Continue Reading

Arçil Talakvadze: “Davit Qareci ilə bağlı növbəti razılaşmalarımız irəlidədir”

“Davit Qareci kompleksinə din xadimlərimizin buraxılması yaxşıdır və bu məsələ ilə bağlı yeni razılaşmalarımız irəlidədir”. Nsa.ge 1tv-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbət zamanı Gürcüstan parlamentinin sədri Arçil Talakvadze deyib. Parlamentin sədri baş nazirin Azərbaycana səfərini dəyərləndirərkən bildirdi ki, səfərin konkret nəticəsi var. “Baş nazir və Gürcüstan iqtidarı Davit Qareci məsələsi ilə bağlı […]

Continue Reading

Danimarkadan sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı açıqlanıb

Danimarkadan sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı keçən il ilə müqayisədə üç dəfə azalıb. Nsa.ge xəbər verir ki, bu barədə Danimarkanın miqrasiya xidmətinin göstəricilərində qeyd olunub. Belə ki, cari ilin yanvar-avqust aylarında Gürcüstan vətəndaşları tərəfindən 81 ərizə qeydə alınıb. Keçən il isə, ərizələrin sayı 264 olub. 2018-ci ildə isə Danimarkadan 402 Gürcüstan vətəndaşı sığınacaqla bağlı müraciət […]

Continue Reading

Marneulidə silahlı insidentlə bağlı daha bir nəfər saxlanılıb

Gürcüstanın Marneuli şəhərində baş vermiş silahlı insidentlə əlaqədar daha bir nəfər saxlanılıb. Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Tbilisidə saxlanılan 1996-cı il təvəllüdlü O.M. cinayət haqqında məlumat verəməməkdə ittiham olunur. İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs ötən gün Marneulidə baş verən silahlı insident barədə polisə xəbər verməyib. Xatırlsadaq ki, […]

Continue Reading

Gürcüstan Prezidenti Salome Zurabişvilidən rəsmi Bakının qərarına münasibət

Gürcüstan Prezidenti Salome Zurabişvili Baş Nazir Georgi Qaxariyanın Azərbaycana səfəri çərçivəsində rəsmi Bakı ilə əldə olunan nəticəni alqışladığını bəyan edib. Nsa.ge-nin verdiyi xəbərə görə, bu barədə Gürcüstan dövlət başçısının administrasiyasının rəsmi saytında bildirilib. Söhbət Azərbaycanın oktyabrın 11-dən “Keşikçidağ”ı gürcü zəvvarlar üçün açacağı ilə bağlı qərarından gedir. “Hər iki ölkənin milli maraqlarını və tarixini nəzərə alaraq […]

Continue Reading