Maykl Karpenter: “Bir gün Gürcüstan oyandığında torpaqlarının 100%-ni işğal altında görəcək”

“Günlərin birində Gürcüstan oyandıqında, 20% işğal edilmiş ərazi deyil, Gürcüstanın 100% işğal olunmuş torpaqlarını görəcək”. Nsa.ge xəbər verir ki, bu barədə Twitter-də ABŞ-ın keçmiş müdafiə nazirinin müavini, Pensilvaniya Universitetinin Bayden Mərkəzinin baş direktoru Maykl Karpenter yazıb. “Gürcüstanda yalnız üç gün keçirdim. Hökumətin Rusiya ilə açıq qapınan apardığı siyasətinin nəticələrini tam olaraq anladığına əmin deyil. Bu […]

Continue Reading

Gürcüstan XİN: Ekspertlər iyunun sonunda Azərbaycanla sərhədin razılaşdırılmamış sahələrinə birgə baxış keçirəcəklər

“Gürcüstan və Azərbaycan arasında sərhədin razılaşdırılmamış sahələrinə ekspertlərin birgə baxışının yaxın zamanlarda həyata keçiriləcəyi gözlənilir”. Nsa.ge xəbər verir ki, bunu Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmisi Vladimer Konstantinidijurnalistlərə açıqlamasında bildirib. O deyib ki, ekspertlər razılaşdırılmamış sahələrə iyun ayının sonunda baş çəkəcəklər: “Komissiyanın fəaliyyəti işgüzar rejimdə davam edir. Ekspertlərin iyun ayının sonunda sərhədin razılaşdırılmamış sahələrinə baxış keçirəcəyi gözlənilir”.

Continue Reading

Gürcüstanın səhiyyə naziri istefa verdi

Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko vəzifəsindən istefa verib. Nsa.ge xəbər verir ki, bunu o, özü jurnalistlərə bildirib. Nazir istefası barədə qərarın məsləhətləşmələrdən sonra qəbul olunduğunu deyib. D.Sergeeno istefasına baxmayaraq, hakim komandanın sıralarında qalacağını qeyd edib. Qeyd edək ki, D.Sergeenko 2012-ci ilin oktyabrından səhiyyə naziri idi. 

Continue Reading

Gürcüstanın baş naziri istefası barədə yayılan məlumatları şayiə adlandırıb

Gürcüstanın baş naziri Mamuka Baxtadze istefa verəcəyi barədə yayılan məlumatları şayiə adlandırıb. Nsa.ge xəbər verir ki, bu barədə hökumət başçısı keçirdiyi brifinqdə bildirib. M.Baxtadze istefası barədə yayılan məlumatları qeyri-ciddi adlandırıb: “Bununla bağlı hər hansı bir ciddi bəyanat verməkdə çətinlik çəkirəm. Mən komandam ilə birgə hökumət proqramlarını yerinə yetiririk. Bu, olduqca vacibdir və mən xalq və parlament qarşısında […]

Continue Reading

Mamuka Baxtadze: “Hadisələrin aqressiv inkişafı, ərazilərimizin işğalını həyata keçirən ölkənin marağındadır”

“Hadisələrin aqressiv inkişafı, yalnız ərazilərimizin işğalını həyata keçirən ölkənin marağındadır” Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze bəyan etdi. Jurnalistlər baş nazirə beznesmen, Levan Vasadze tərəfindən dünənki bəyanatı barəsində sual verdilər. Gürcüstanın baş nazirinin dediyinə görə, qanun çərçivəsini kim çıxsa, qanun qarşısında cavab verməli olacaq. Biznesmen Levan Vasadze dünən, Vera Bağında […]

Continue Reading

Natiya Mezvrişvili: “Cəngavər kimdir bilmirəm, lakin polisə əl qaldıran şəxsə qarşı sərt münasibət bildiriləcəkdir”

“Cəngavərin kim olduğunu bilmirəm, lakin polisə əl qaldıranın hamısına qarşı sərt münasibət bildiriləcək”. Nsa.ge Birinci Kanala istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirinin müavini, Natiya Mezvrişvili bəyan etdi. “Polis kordonunu kimsə poza və polisə qarşı zoralıq edə bilməz. Əgər bu cür fakt baş verərsə, bu cinayətdir və müvafiq münasibət bildiriləcəkdir”, – Mezvrişvili bəyan etdi. […]

Continue Reading

Gürcüstanın səhiyyyə naziri istefaya gedir

Gürcüstanın səhiyyə naziri David Sergeyenko bu gün istefa verəcək. Nsa.ge xəbər verir ki, bu barədə məlumatı “Rustavi 2” telekanalı yayıb. Bildirilir ki, ABŞ-dan rəsmi səfərdən dönən baş nazir Mamuka Baxtadze artıq məsələ ilə bağlı D.Sergeyenko ilə görüşüb. Yeni səhiyyə nazirinin Saxere klinikasının müdiri Ekaterine Tikaradzenin olacağı, nazirin birinci müavini vəzifəsinə isə Gürcüstanın Estoniyadakı keçmiş səfiri Tea […]

Continue Reading

Gürcüstan parlamentinin I vitse-spikerindən David Qareci bəyanatı

Hər iki tərəf “David Qareci”ın sərhədlərini müəyyənləşdirməyə çalışır və bu istiqamətdə irəliləyiş əldə etmişik. Nsa.ge xəbər verir ki, bunu Gürcüstan parlamentinin birinci vitse-spikeri Tamar Çuqoşvili deyib.  O bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aparılan işlər dayandırılmayacaq. “Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində irəliləyiş əldə etmişik. Bu, çətin bir mövzudur və həlli asan deyil. Amma bu istiqamətdə addım atılması təbiidir”, – […]

Continue Reading