Əfqanıstanda bir qrup jurnalist qaçırılıb

Dünya

Ötən gün Əfqanıstanın cənub-şərqindəki Paktiyə əyalətinin Zuurmət dairəsində 6 jurnalist hökumətə qarşı vuruşan yaraqlılar tərəfindən qaçırılıb.

Nsa.ge“Reuters”ə istinadən xəbər verir ki, paşto və dari dillərində yayımlanan “Radio Killid”, “Radio Milma”, “Pashtun Voice”, “Yaran Radio”nun əməkdaşları olan həmin jurnalistlər sərhədyanı Paktika əyalətindən gələrkən yolda yaraqlılar tərəfindən qarşıları kəsilərək oğurlanıblar.

“Taliban” hərəkatının sözçüsü Zəbihullah Mücahid jurnalistləri səhvən ələ keçirdiklərini etiraf edərək mobil rabitənin nasaz olduğu bölgədəki komandirlərlə əlaqə saxlayan kimi onları azad edəcəklərini bildirib.