Ərdoğan və Tramp problemlər haqda danışdılar

Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ştatların dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

Nsa.ge Anadolu-a istinadən xəbər verir ki, Türkiyə liderinin zəngi zamanı Tramp seçkiqabağı kampaniya çərçivəsində görüşlər keçirirdi.    

Bildirilir ki, dövlət başçıları ABŞ-la Türkiyə arasındakı ikitərəfli əlaqələri müzakirə ediblər. Telefon danışığı zamanı həmçinin regional problemlər də diqqət mərkəzində olub.