Ərdoğandan YPG-nin çəkilməsi ilə bağlı – Açıqlama

Dünya

Prezident Rəcəb Tayyib Ərdoğan YPG terror təşkilatının Suriyanın şimal-şərqindən çəkilməsi ilə bağlı açıqlama verib.

Nsa.ge “Haberler”ə istinadən xəbər verir ki, Ərdoğan Rusiya Müdafiə Nazirliyinin açıqlamasını dinlədiyini deyib:

“Rusiya terror təşkilatlarının bölgədən çəkildiyi açıqlamasını məsul şəxslərimizə çatdırıb. Görüşlərimiz sabah eyni şəkildə davam edəcək. Bizim şəhidlərimiz var. Sivillərlə birlikdə 30-a yaxın şəhid verdik. İnşallah, “Sülh çeşməsi” hərəkatını qısa müddətdə yekunlaşdırmağa cəhd edəcəyik”.