ABŞ əsgərlərinin bu ölkəyə girişi təsdiqləndi

Dünya

Kral Salman bin Əbdüləziz Səudiyə Ərəbistanının təhlükəsizliyi və sabitliyinin təmin olunması, sülhün nəzarət altında saxlanılması prosesində ortaq əməkdaşlığın inkişafının yüksəldilməsi məqsədilə ABŞ ordusunun ölkəyə daxil olması ilə bağlı qərarı təsdiqləyib.

Nsa.ge-nin verdiyi məlumata görə, ölkəyə göndəriləcək amerikalı əsgərlərin sayı ilə bağlı dəqiq informasiya yoxdur. 

Bundan öncə “CNN” ABŞ-ın Müdafiə Nazirliyindəki səlahiyyətli şəxslərə istinadən Amerikanın paytaxt Riyad şəhərindəki Sultan Hava Üssünə 500 əsgər göndəriləcəyini bildirmişdi.

“Newsweek” jurnalı 2017-ci ilin noyabrında yayımladığı məqalədə Səudiyyə Ərəbistanındakı ABŞ əsgərlərinin sayının 850 nəfərə çatdığını açıqlamışdı.