ABŞ bazarı sabitləşdirmək üçün ehtiyat neftdən istifadə etməyə hazırdır

Dünya

ABŞ Energetika Nazirliyi Səudiyyə Ərəbistanındakı neftayırma zavodlarına pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra neft bazarının sabitləşdirilməsi üçün strateji ehtiyatları ayırmağa hazırdır.

Nsa.ge-nin məlumatına görə, bu barədə “Reuters” agentliyi nazirliyin bəyanatına istinadən məlumat verir.

Qeyd olunur ki, nazirlik neft bazarlarında istənilən sarsılmaların qarşısını almaq üçün lazım gələrsə, neftin strateji ehtiyatlarından resursları ayırmağa hazırdır.