ABŞ bu ölkədən çıxmaq istəmir – Pentaqondan kritik açıqlama

Dünya

“ABŞ Suriyadakı hərbi qüvvələrini çıxarmayacaq”.

Nsa.ge xarici media istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Mark Esper deyib.

“ABŞ-ın bölgədəki hərbi qüvvələri İŞİD terror təşkilatına qarşı mübarizəni davam etdirmək üçün hələlik Suriyanın Şimal-qərbində qalacaq. Bölgədəki canlı hərbi qüvvə sayı və əməliyyatlar barədə danışmayacağam”, – Pentaqon başçısı bildirib.

ABŞ Prezidenti Donald Tramp ötən il Suriyadakı hərbi qüvvələrin çıxarılacağını açıqlamışdı.