ABŞ-da beş günlük matəm elan edildi

Dünya

Texas, Ohio və Çikaqoda baş verən teraktlardan dolayı ABŞ-da 5 günlük matəm elan edilib.

Nsa.ge xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp qərar qəbul edib.

Qərarda ABŞ bayrağının başda Ağ Ev olmaqla bütün qurumların binalarında, hərbi birləşmələrdə, dəniz limanlarında, səfirlik və konsulluqlarda, ABŞ-ın xaricdəki rəsmi qurumlarında 8 avqustadək yarıya qədər endirilməi yer alıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Texas ştatının El Paso və Ohio ştatının Dayton şəhərində baş verən silahlı hücumlar nəticəsində 30 nəfər həlak olub, xeyli insan yaralanıb.

Çikaqoda törədilən iki terakt zamanı isə 9 nəfər yaralanıb.