ABŞ-da gün ərzində 3-cü atışma – 7 yaralı var

Dünya

Amerikanın Çikaqo şəhərində Duqlas-parkda atışma olub.

Nsa.ge “CBS”ə istinadən xəbər verir ki, atışma nəticəsində azı 7 nəfər yaralanıb. Şahidlərin sözlərinə görə, atəş qara “Camaro” markalı avtomobildən açılıb. Yaralananlar 19-25 yaşlı gənclərdir. Hüquq-mühafizə orqanlarının əməkdaşları insidentlə bağlı heç kimi saxlaya bilməyib. Axtarışlar aparılır.

Xatırladaq ki, daha əvvəl Texasda “Walmart” mağazasında baş vermiş atışmada 20 nəfər ölüb, 30 nəfər yaralanıb.

Deyton şəhərindəki atışmada isə 10 nəfər ölüb, 26 nəfər yaralanıb.