ABŞ-da ticarət mərkəzində atışma: ölən və yaralanan var

Dünya

ABŞ-ın Tennesi ştatında ticarət mərkəzində atışma olub.

Nsa.ge məlumat verir ki, naməlum şəxs atəş açaraq 24 yaşlı qızı öldürüb və 75 yaşlı kişini yaralayıb. Yaralanan şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə gələn polis atəş açan 21 yaşlı gəncin cəsədini aşkarlayıb.

Polisin məlumatına görə, hücum edən şəxs, çox guman ki, qurbanları ilə tanış olmayıb. Hücumun motivləri naməlumdur.

NSA.GE