ABŞ-dan şok qərar – Konqres qondarma erməni soyqırımını rəsmi tanıdı

Dünya

ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma erməni soyqırımını rəsmi olaraq tanıyan qanun layihəsini təsdiq edib.

Bu barədəNsa.ge oxu.az-a istinadən xəbər verir ki, Nümayəndələr Palatasının “Twitter” səhifəsində bildirilib.

Səsvermənin canlı yayımı Konqresin saytında nümayiş olunub.

Deputatlar 223 səs lehinə, 191 səs əleyhinə qarşılığında qanun layihəsini qəbul ediblər.

Qanun layihəsinin müəllifi Adam Şiff bu qərarın “öz vaxtında” qəbul edilməsini bildirib.

Qəbul edilən layihə Senatda müzakirəyə çıxarılacaq.