ABŞ-ın dövlət borcu rekord həddə çatdı

Dünya

ABŞ-ın dövlət borcu 23 trilyon dollara qədər artaraq rekord həddə çatıb.

Nsa.ge xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin saytında yerləşdirilmiş hesabatında deyilir.

Məlumata əsasən, sənəddə qeyd edilən rəqəm ölkənin dövlət borcunun oktyabrın 31-ə olan vəziyyətini əks etdirir. 

Borcun 2017-ci ildə Donald Tramp ölkə prezidenti seçilən zaman 20 trln dollardan az olduğu bildirilir.

Qeyd edilir ki, borc defisitə görə sürətlə artıb. 

Amerikalı iqtisadçılar bu rəqəmin 2026-cı ildə 30 trln dollara çatacağını proqnozlaşdırırlar.