ABŞ prezidentinin korteji qəzaya düşüb

Manshet Dünya

ABŞ prezidenti Donald Trampın kortejində olan üç motosikletçi yol qəzası nəticəsində zərər çəkib.


 
Nsa.ge xəbər verir ki, bu barədə “Bloomberg”in Trampı müşayiət edən jurnalist qrupundakı təmsilçisi Cennifer Ceykobs yazıb.
 
O bildirib ki, qəza nəticəsində Ağ ev rəhbərinin maşını zərər çəkməyib.
 
“Biri ot basmış xəndəkdə oturub, biri qanaxma ilə yolun kənarında uzanıb. Üçüncü ayaq üstdədir, onun əlindən qan axır”, — deyə jurnalist yaralılar haqqında yazıb.
 
Qəza ABŞ prezidentinin səfər etdiyi Luiziana ştatında baş verib.