ABŞ qoşunu Suriyadan çıxarır, Almaniyanı dəvət edir

Dünya

ABŞ Almaniyanı Suriyaya qoşun göndərməyə çağırıb.

Nsa.ge xəbər verir ki, bunu Welt nəşrinə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri deyib.

Bildirilir ki, məqsəd Suriyanın şimal-şərqində ABŞ qoşunlarının qismən əvəzlənməsi zərurətidir.

Ceffri ABŞ hökumətinin bir neçə yüz alman əsgərinin Suriyaya göndəriləcəyinə ümid bəslədiyini vurğulayıb.

O, həmin bölgədə beynəlxalq mövcudluğun vacibliyini önə çəkib və Türkiyə ilə təhlükəsizlik zonasının yaradılması haqqında danışıqların aparıldığını bildirib.