ABŞ Senatı Türkiyəyə F-35 verilməsini qadağan etdi

Dünya

ABŞ Senatının qəbul etdiyi 2020-ci il müdafiə büdcəsi layihəsində Türkiyəyə beşinci nəsil “F-35” təyyarələri və müvafiq texnologiyaların verilməsı qadağan edilib.

Nsa.geRİA “Novosti” istinadən xəbər verir ki, Konqresin yuxarı palatasında keçirilən səsvermənin yekununda 86 senator sənədin lehinə, 8-i əleyhinə səs verib.

Bundan sonra Senat və Nümayəndələr Palatası birgə sənəd üzərində işləyib onu prezidentin imzalaması üçün təqdim edəcəklər.