ABŞ Türkiyədəki bazasından 50 nüvə silahını çıxarmaq istəyir

Dünya

Ötən həftə ABŞ Dövlət Departamenti və Energetika Nazirliyinin səlahiyyətli şəxsləri Türkiyədən taktiki nüvə silahlarının çıxarılması planlarını müzakirə ediblər.

“The New York Times” yazır ki, ABŞ Türkiyədəki İncirlik hərbi hava bazasında 50 nüvə silahı saxlayır.

Nəşrə danışan məmurlardan biri deyib ki, İncirlikdən silahların çıxarılması Türkiyə-Amerika ittifaqının faktiki sonu demək olardı.

Qeyd edək ki, İncirlik bazası Suriya ilə sərhəddən 250 mil məsafədə yerləşir.