Abu Dabinin şahzadəsi Həbib Nurməhəmmədovla görüşdü – FOTO

Dünya

Abu Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan rusiyalı döyüşçü Həbib Nurməhəmmədovla görüşüb.

Nsa.ge-nin məlumatına görə, görüşdən fotoşəkilləri şahzadə öz Twitter səhifəsində yerləşdirib.

Şahzadə Dastin Puarye üzərində qələbəsindən sonra Həbib Nurməhəmmədovu, onun atasını və komanda üzvlərini təbrik edib.

Xatırladaq ki, sentaybrın 7-də Abu Dabidə dağıstanlı döyüşçü UFC gecəsi çərçivəsində amerikalı Dastin Puaryeni məğlub edib.