Azərbaycanda gürcüstanlını maşın vuraraq öldürüb

Dünya Manshet

Azərbaycanın Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nsa.ge Report-a istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Muğan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, əslən Gürcüstandan olub Bakıda yaşayan 1960-cı il təvəllüdlü Kazımov Elman Camal oğlunu minik avtomobil vurub. 

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Həkimlərin səyinə baxmayaraq E. Kazımov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.