Azərbaycanda zəlzələ oldu

Dünya

Azərbaycanın Quba rayonu ərazisində 3.3 bal gücündə zəlzələ baş verib.

Nsa.ge Azərbaycan mətbuatına stinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Belə ki, yeraltı təkanlar yerli vaxtla saat 23:17-də Xınalıq stansiyasından 10 km şimal-şərqdə qeydə alınıb.

Ocağı 38 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.