Azərbaycanın hərbi təyyarəsi qəzaya uğradı, dənizə düşdü

Dünya

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Nsa.ge Azərbaycan KİV-nə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Pilot polkovnik-leytenant Rəşad Atakişiyevdir.

Bundan başqa, o, sabiq dövlət müşaviri Qabil Hüseynlinin kürəkəni olduğu bildirilir. 

Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

Faktla bağlı cinayət işi açılıb. Hərbi Prokurorluqda qurumun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb. Hərbi Prokurorluğun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.