Azərbaycanın Şəki şəhərində faciə baş verib – Çoxlu sayıda Yaralılar var (VİDEO)

Manshet Dünya

Azərbaycanın Şəki şəhərində yerləşən Şəki Xan Sarayının həyətindəki çinarın iri budağı qırılıb.

Nsa.ge Azərbaycan KİV-nə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Məlumata görə, Xan Sarayının həyətində yaşı 500-dən çox olan çinar ağacının iri budağı qırılaraq yerə düşüb.

Hadisə nəticəsində çoxlu sayıda insan yaralanıb.

Nazirlikdən verilən məlumata görə, hadisə ilə bağlı xəstəxanaya 19 nəfər müraciət edib. Onlardan 4 nəfərin vəziyyəti ağırdır. FHN- nin helikopterləri hazırdır. Paytaxtdan yüksək ixtisaslı həkim briqadaları cəlb olunublar. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcəklər. Digər 15 nəfərə isə ilkin tibbi yardım göstərilib, onların . v əziyyətləri normaldır.

Hadisə zamanı xəsarət alanların 5-i Suriya, 2-si Rusiya vətəndaşıdır

Qəzaya güclü küləyin səbəb olduğu ehtimal edilir. Belə ki, son günlər Azərbaycan ərazisində leysan, dolu yağması və güclü küləklə müşahidə olunan qeyri-sabit hava şəraiti bölgələrdə bir sıra fəsadlar törədib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir