Badri Lotu Quli-dən oğru adının alınmasını istəyir – Sxodka gözlənilir

Dünya

“Qanuni oğru” Badri Koquaşvili (Badri Kutaisski) “Lotu Quli”nin (Nadir Səlifov) “oğru” adının alınması ilə bağlı “skodka” keçirmək niyyətindədir.

Nsa.ge crimerussia.com-a istinadən xəbər verir ki, buna səbəb Qulinin Arman Dikiy adlı qazax dostunun “oğru” Quram Çixladzeni (Kvejoyeviç) döyməsinə icazə verməsidir.

Baş verənlərdən sonra Koquaşvili ciddi cəhdlə hər kəsə Qulinin “oğru” adlandırıla bilinməyəcəyini izah edir və bununla bağlı qərar verilməsinə çalışır. Bu işdə ona Şakro Molodoy da dəstəkdir. O, Qurama vurulan zərbənin özünə vurulması kimi qəbul etdiyini deyib.

Buna baxmayaraq, “qanuni oğrular”ın əksəriyyəti Badrinin bu təşəbbüsünü dəstəkləmir və bu məsələdə hər kəsdən əvvəl onun özünün uduzacağını bildirirlər. Onların fikrincə, Armanın etdikləri Qulinin “cəzalandırılması” üçün heç də səbəb olmamalıdır. Üstəlik, Quli Armanın hərəkətinə haqq qazandırmayıb. Arman özü də Kvejoviçin statusundan xəbərsiz olduğunu deyib. Kvejoviç özü də baş verənlərə Badridən az reaksiya göstərib.

Ancaq prinsipiallığı ilə tanınan Koquaşvili fikrində ciddidir və bildirib ki, Krasnoyarskda bu qədər yol qət etməyib ki, “oğrular”ı döyənlər cəzasız qalsınlar.

Qeyd edək ki, Koquaşvilinin statusu 7 il “qırmızı koloniya”da – Perm və Krasnoyarks həbsxanalarında cəza çəkməsindən sonra daha da artıb.

Ötən ilin mayında azadlığa çıxdıqdan sonra Badri heç yerə getmədi və Slavyan “oğrular”ına – Şakronun klanından Vasya Voskres, Miron, Qilani Sedoy və digərləri ilə yaxınlaşmağa başladı. Baxmayaraq ki, onlar hamısı Ded Həsənin davamçıları kimi onun opponentləri idi… Badrinin xaricdə yaşayan “Merabovsk” klanından – Baxiya, Matyeviç, Ramaz və Koboyla isə əksinə əlaqələri kəsilməyə başladı.

Öz növbəsindən, Badridən azadlığa çıxdıqdan bir il sonra nə üçün Ded Hasanın adamları ilə münaqişəsini həll etməməsinin, dostu Mixail Xananaşvilinin Qela Kardavanı döyməsi haqda susmasının səbəbini izah etmək də tələb olunur.

Bu və ya digər şəkildə “sxodka” təşkli olunarsa, Koquaşvili bununla da Qulinin şəxsi düşməninə çevriləcək. Bunda marağı olan bütün qüvvələr isə onların arasındakı münaqişənin qızışmasında maraqlı olacaqlar. Görünür, bütün baş verənlərin arxasında Şakro Molodoyun marağı dayanır. Bu o deməkdir ki, “Lotu Quli” artıq ciddi önəmli fiqura çevrilib.